AZ

Aİ Rusiyanın əsl sülh üçün etməli olduğu güzəştlərin siyahısını tərtib edir

Avropa İttifaqı Ukraynada uzunmüddətli sülhü təmin etmək üçün Rusiyanın etməli olduğu güzəştlərin siyahısını müzakirə edir...

Poliqon ABC News-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siayasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

O, xatırladıb ki, 4 fevralda ruslar Drujkivkadakı bazara hücum zamanı kasetli sursatlardan istifadə ediblər. Bu hücum nəticəsində yeddi nəfər həlak olub. Eyni zamanda, Ukrayna və Rusiya Federasiyasının nümayəndələri ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə növbəti danışıqlar raundu keçiriblər.

"Bu danışıqlar zamanı Rusiyanın bombardmanlarının artdığının şahidi olduq", deyə Ali Nümayəndə bildirib.

Kallas qeyd edib ki, Aİ Rusiyanın sülh danışıqları aparmadığına əmindir. Onun sözlərinə görə, Avropa ABŞ prezidenti Donald Trampın administrasiyasının bu danışıqlarda Aİ və Ukraynanın maraqlarını təmsil etdiyinə şübhə edir. O, vurğulayıb ki, məhz buna görə də Avropa Moskvanı güzəştə getməyə məcbur edə biləcək "davamlı sülh planı" üzərində işləyir.

Aİ Ali Nümayəndəsi qeyd eidb ki, blok ABŞ-a diplomatik səylərinə görə çox minnətdardır. Bununla belə, o əlavə edib ki, sabit sülhə nail olmaq üçün danışıqların bütün iştirakçıları, o cümlədən ruslar və amerikalılar, avropalıların razılığının vacib olduğunu başa düşməlidirlər: "Bizim də şərtlərimiz var. Və biz artıq böyük təzyiq altında olan ukraynalılara deyil, ruslara şərtlər qoymalıyıq".

Kallas paylaşıb ki, bu şərtlərə Rusiyanın Ukraynadan oğurlanmış minlərlə uşağı geri qaytarması, eləcə də müharibə bitdikdən sonra Rusiya silahlı qüvvələrinin sayının məhdudlaşdırılması tələbləri daxil ola bilər. O xatırlatdı ki, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması tələbi əvvəllər Moskva tərəfindən irəli sürülmüşdü.

Kallas izah edib ki, problem Ukrayna ordusunda deyil: "Problem Rusiya ordusundadır. Problem Rusiyanın hərbi xərcləridir. Əgər onlar hərbi ehtiyaclara bu qədər pul xərcləsələr, onlardan yenidən istifadə etməli olacaqlar".

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, "davamlı sülh planı" yaxın günlərdə blokun xarici işlər nazirlərinin 23 fevralda keçiriləcək iclasında mümkün müzakirə üçün Aİ üzv dövlətlərinə paylanacaq.

Bundan əlavə, Kallas bildirib ki, ABŞ Ukraynaya artan təzyiq göstərməməlidir. O qeyd edib ki, Kiyevin Amerika dəstəyindən asılılığı onu demək olar ki, bütün güzəştlərə getməyə məcbur edib.

"Zəif tərəfə təzyiq həmişə daha sürətli nəticələrə gətirib çıxara bilər, lakin bu, yalnız sülhümüz olduğunun bəyannaməsidir. Bu, davamlı sülh deyil. Bu, Ukrayna və ya başqası üçün Rusiyanın yenidən hücum etməyəcəyinə zəmanət olmayacaq", deyə Kallas bildirib.

Poliqon.info

Seçilən
37
50
poliqon.info

10Mənbələr