ABŞ Prezidenti Donald Tramp, İranla danışıqlar uğursuz olacağı təqdirdə, hərbi əməliyyatlara hazırlaşmaq üçün Yaxın Şərqə ikinci aviazərbə qrupu göndərməyi düşündüyünü bildirib.
"Ya razılığa gələcəyik, ya da keçən dəfəki kimi çox çətin bir şey etməli olacağıq", - deyə Tramp Axios-a verdiyi müsahibədə bildirib.
Gələn həftə ABŞ-İran danışıqlarının ikinci raundunun keçiriləcəyini gözlədiyini deyən Tramp "Oraya bir armadamız gedir, bəlkə də başqa biri ora gedir", - deyə əlavə edib.
Nəşrin məlumatına görə, ABŞ rəsmisi bölgəyə ikinci bir təyyarədaşıyan zərbə qrupunun göndərilməsinin müzakirə olunduğunu təsdiqləyib. Bu, USS Abraham Lincoln və onun qırıcı təyyarələri, Tomahawk raketləri və bir neçə gəmidən ibarət zərbə qrupudur. Buna qədər ABŞ-ın Qəzza müharibəsi üçün bölgədə iki təyyarədaşıyan gəmisi var idi.
Eyni zamanda, ABŞ prezidenti diplomatik yolla bağlı nikbinliyini ifadə edərək, İranın "razılaşma əldə etməyi çox istədiyini" və hərbi təhdid səbəbindən bunun əvvəlki danışıqlardan daha ciddi olduğunu bildirib.
İyun ayında İranın nüvə obyektlərinə zərbə endirmək qərarını xatırladan Tramp "Keçən dəfə onlar mənim bunu edəcəyimə inanmırdılar… Bu dəfə danışıqlar çox fərqlidir"-deyib.
SAMİRƏ