Bakıda kosmetoloji xidmət göstərən qadın külli miqdarda dələduzluqda ittiham olunur.
APA-nın əldə etdiyi məlumata görə, Nigar Həsənova polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində saxlanılıb. Onun 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib.
Dünən onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Nigar Həsənovanın mərhum Xalq artisidi İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı olduğu bildırilir.