AZ

Trampdan sərt AÇIQLAMA: Ya razılaşma, ya da ikinci donanma!

ABŞ prezidenti Donald Tramp İranın razılığa gəlmək istədiyini bildirib və əlavə edib: "Ya razılaşma əldə edəcəyik, ya da keçən dəfə etdiyimiz kimi çox çətin bir şey etməli olacağıq".

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrail mətbuatına İranla bağlı açıqlamalar verib.

İsraildə yerləşən Channel 12 və ABŞ-da yerləşən xəbər platforması Axios-a danışan Tramp deyib: "İranlılar razılaşma istəyirlər. Ya razılaşma əldə edəcəyik, ya da keçən dəfəki kimi çətin bir şey etməli olacağıq".

ABŞ prezidenti bildirib ki, bölgədə yerləşən mövcud dəniz qüvvələrinə əlavə olaraq, ikinci bir təyyarədaşıyan gəmi göndərə bilərlər.

Donald Tramp həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunun danışıqlardan çəkiləcəyinə inanmadığını bildirib və əlavə edib ki, o da razılığa gəlmək istəyir.

ABŞ prezidenti istənilən potensial razılaşmanın İranın nüvə proqramını və raket ehtiyatlarını əhatə etməli olduğunu bildirərək, "İranla əla bir razılaşma əldə edə bilərik" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
67
1
turkustan.az

2Mənbələr