AZ

Yunanıstanda qalmaqal: “Beşiktaş”a qarşı təxribat

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Basketbol üzrə BKT(“Balkrishna Industries Limited” - turnirin baş sponsoru) Avropa Kubokunun B qrupunun 18-ci və son turunda Türkiyənin “Beşiktaş GAIN” səfərdə “Panionios”un qonağı olub.

İdman.Biz xəbər verir ki, Makis Liouqas İdman Salonunda keçirilən qarşılaşma qalmaqalla yadda qalıb. Oyundan əvvəl yunan azarkeşlərin tribunada açdığı təhqir və nifrət məzmunlu pankart ciddi narazılıq doğurub. Pankartda “Beşiktaş” klubuna, onun azarkeşlərinə, eləcə də Türkiyə polis təşkilatına qarşı həddini aşan ifadələr yer alıb.

Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans yaradıb və minlərlə istifadəçi təxribatı kəskin şəkildə pisləyib. Azarkeşlər idman yarışlarının siyasi və milli nifrət alətinə çevrilməsinin yolverilməz olduğunu bildiriblər.Qarşılaşmada isə meydanda üstün oyun nümayiş etdirən “Beşiktaş GAIN” rəqibini 114:74 hesabı ilə məğlub edərək 40 xallıq fərq qazanıb.

Matçdan sonra “Beşiktaş” klubu rəsmi bəyanat yayaraq tribunada açılan pankartı ən sərt formada qınayıb. Açıqlamada bunun təkcə kluba deyil, həm də türk xalqının milli-mənəvi dəyərlərinə qarşı yönəlmiş açıq nifrət aktı olduğu vurğulanıb. Klub rəhbərliyi məsələ ilə bağlı Avropa Liqası rəhbərliyi qarşısında hüquqi və inzibati addımların atılacağını bəyan edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr