Azərbaycan Basketbol Liqasında (ABL) XVII tur bu gün start götürür.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə yeganə qarşılaşma olacaq.
"Lənkəran" "Sərhədçi"ni qəbul edəcək. Lənkəran Olimpiya Kompleksində keçiriləcək matç saat 15:00-da başlayacaq.
Bu komandalar B qrupunda mübarizə aparır.
"Sərhədçi" 21 xalla 5-ci, "Lənkəran" isə 20 xalla sonuncu - 6-cı yerin sahibidir.