Bakı.Trend:
Fevralın 10-da ölkə ərazisində qeydə alınan 56, əvvəlkidövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, öxtarışdaolduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 131 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.