AZ

Türkiyədə miqrant qaçaqmalçılığına qarşı əməliyyat - 22 şübhəli həbs edilib

Türkiyənin Diyarbəkir və beş vilayətini əhatə edən miqrant qaçaqmalçılığı əməliyyatında saxlanılan 30 şübhəlidən 22-si həbs edilib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir Vilayət Polis İdarəsinin İmmiqrasiyaya Qarşı Mübarizə və Sərhəd Qapıları şöbəsi məlumat yayıb.

Əməliyyatlar zamanı ölkəyə qanunsuz daxil olduqları müəyyən edilmiş 115 qanunsuz miqrant və təşkilatçı olmaqda şübhəli bilinən 30 şübhəli saxlanılıb. Şübhəlilərdən 22 si həbs edilib. Digər şübhəlilərə qarşı məhkəmə prosesi başlayıb.

Şübhəlilərin ünvanlarında və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı bir Kalaşnikov avtomatı, bir sənədsiz tapança, üç ov tüfəngi, bu silahlar üçün maqazin və sursat, eləcə də cinayətdə istifadə edildiyi güman edilən bir yük maşını və bir minik avtomobili müsadirə edilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr