AZ

Netanyahunun təyyarəsi Avropa hava məkanından keçdi

İsrail Baş naziri Binyamin Netanyahunu ABŞ-yə aparan “Sion Qanadı” təyyarəsi BCM-in həbs orderinə baxmayaraq, yenidən Yunanıstan, İtaliya və Fransanın hava məkanından keçib.

Bakıvaxtı.az xəbər verir ki, uçuş radarına görə, təyyarə İsraildən havaya qalxaraq Aralıq dənizi və Avropa üzərindən Atlantik okeanına doğru hərəkət edib.

Bu marşrut Netanyahunun 2025-ci ilin dekabrında Floridaya səfərində istifadə etdiyi uçuş xəttinə bənzəyib.

Qeyd edək ki, BCM noyabrın 21-də Qəzza zolağında törədilən müharibə və insanlığa qarşı cinayətlərə görə Netanyahu və Yoav Qallant barəsində həbs orderi vermişdi.

Əli Hüseynov

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr