ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib.
“Yeni Sabah” xəbər verir ki, onu səfər zamanı həyat yoldaşı Uşa Vens də müşaiyət edib.
Cütlüyün Heydər Əliyev Beynəlxalq Hava Limanında çəkilmiş fotosu isə dünyada gündəm olub.
Belə ki, onlar təyyarədən enəndə xanımı vitse-prezidenti öpüb. Venslərin bu fotosu dünyanın tanınmış media orqanları və sosial şəbəkələrdə geniş yayılıb.
Qeyd edək ki, foto “Reuters” agentliyinə məxsusdur.
Aydan Hacı

Telegram kanalımız