“Trip Center of Baku” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) reklam qaydalarını pozmaqda ittiham edilib.
Məlumata görə, “İnstagram” sosial şəbəkəsində “Trip Center of Baku” MMC-yə məxsus “travelcenter.baku” adlı səhifədə nümayiş etdirilən reklamlarda qiymətlər Azərbaycan manatı ilə göstərilməyib.
Belə ki, səhifədə yayımlanmış “Pekin turu 399 USD (4 gecə 5 gün)” məzmunlu reklam barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilib.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə protokol tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə “Trip Center of Baku” 800 manat cərimə edilib.

© Yurd.Media