AZ

Psixi pozuntularla infarktın əlaqəsi tapıldı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kalgari Universitetinin alimləri müəyyən ediblər ki, psixi pozuntular ürək-damar xəstəlikləri, o cümlədən infarkt riskini artıra bilər. 22 milyondan çox insanın məlumatlarının təhlilinə əsaslanan genişmiqyaslı araşdırmanın nəticələri "JAMA Psychiatry" jurnalında dərc olunub.Demokrat.az xəbər verir ki, tədqiqatçılar əvvəlki onlarla elmi işi nəzərdən keçirərək ən güclü əlaqənin posttravmatik stress pozuntusu (PTSP) və yuxu pozuntuları ilə müşahidə edildiyini aşkar ediblər. PTSP olan şəxslərdə infarkt riski bu pozuntu ilə üzləşməyənlərlə müqayisədə xeyli yüksək olub. Depressiya və təşviş (anksiyete) pozuntuları zamanı da ürəklə bağlı problemlərin ehtimalı artıb, lakin bu sahədə nəticələr daha az birmənalıdır.Müəlliflərin sözlərinə görə, psixi pozuntular tez-tez ürək-damar xəstəlikləri üçün tanınmış risk amilləri (yüksək qan təzyiqi, diabet və metabolik pozuntularla ) yanaşı müşahidə olunur. Xroniki stress, iltihab prosesləri və yuxu problemləri ürək-damar sisteminə əlavə yük yarada bilər.Alimlər vurğulayırlar ki, söhbət birbaşa səbəb-nəticə əlaqəsindən deyil, statistik bağlılıqdan gedir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr