AZ

Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq

"Yelo Bank" ASC kart hesablarına mədaxil tariflərində dəyişiklik edir.

Marja.az Bankın bildirişinə istinadən xəbər verir ki, 11 mart 2026-cı il tarixindən etibarən kənar xidmət şəbəkələri (terminal və vebsaytlar) vasitəsilə kart hesablarına mədaxil üzrə tariflərdə dəyişiklik ediləcək. Yeni qaydalara əsasən, bu kanallar vasitəsilə edilən mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq.

Xatırladaq ki, "Yelo Bank"ın öz kanalları vasitəsilə mədaxil əməliyyatlarını hələ də komissiyasız icra edə bilərsiniz:

•    Yelo App (digər bank kartlarından mədaxil);

•    Yelo Bank terminalları.

Seçilən
147
1
marja.az

2Mənbələr