AZ

Kanada da kütləvi atışma - Ölənlər var

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində baş verən kütləvi atışma nəticəsində azı 10 nəfər ölüb. Polis bildirib ki, ölənlər arasında atəş açdığı iddia olunan şəxs də var.


Hüquq-mühafizə orqanlarının məlumatına görə, Tumbler Ridge Liseyində altı nəfərin meyiti aşkar edilib. Hadisə ilə əlaqəsi olduğu ehtimal edilən başqa bir mənzildə daha iki nəfərin cəsədi tapılıb. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.


Polisin açıqlamasına əsasən, ehtimal olunan atıcı da ölü tapılıb və ilkin versiyaya görə, o intihar edib.


Polis atəş açan şəxsin kimliyini müəyyən etdiyinə inandığını bildirsə də, hadisənin motivinin müəyyənləşdirilməsinin “çətin” olacağını qeyd edib.


Polis rəisi Ken Floyd mətbuat konfransında deyib ki, hüquq-mühafizə orqanları ərazidə axtarış apararkən məktəbdə çoxsaylı yaralı və ölən şəxslər aşkar ediblər. Onun sözlərinə görə, ərazi nəzarət altındadır və müstəntiqlər xəsarətlərin xarakterini, dərəcəsini və istifadə edilmiş silahları müəyyənləşdirmək üçün hadisə yerində işləyirlər.


Baş nazir David Abe hökumətin yaxın günlərdə icma üzvlərinə bütün mümkün dəstəyi göstərəcəyini açıqlayıb.


Aytac 

Seçilən
35
anews.az

1Mənbələr