AZ

Peskov: Bir ölkənin digərini boğması düzgün deyil...

Kremlin sözçüsü Kubada yaranmış böhranın əsas səbəbinin ABŞ-nin tətbiq etdiyi blokada olduğunu bildirib...

Poliqon xəbər verir ki, Rusiya prezidenti administrasiyasının mətbuat katibi Dmitri Peskov Kubada yaşanan neft böhranının əsas səbəbinin yanacaq çatışmazlığı deyil, ABŞ-nin ada dövlətinə qarşı illərdir davam etdirdiyi iqtisadi blokada olduğunu deyib. Onun sözlərinə görə, Vaşinqtonun bu siyasəti Kuba əhalisinə birbaşa zərbə vurur və humanitar vəziyyəti daha da ağırlaşdırır.

Dmitri Peskov bildirib ki, Kubadakı problemlər sırf neft və ya yanacaqla bağlı deyil, əsas məsələ ABŞ-nin blokadasıdır. Onun fikrincə, bir dövlətin digər dövləti və həmin ölkənin insanlarını sıxışdırması və boğması düzgün yanaşma deyil. Kremlin sözçüsü vurğulayıb ki, yanacağın olmaması təkcə nəqliyyat və iqtisadi fəaliyyətə deyil, həm də dərmanların ölkəyə çatdırılmasına mane olur və vətəndaşların təcili tibbi yardım almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Peskovun sözlərinə görə, mövcud vəziyyət Kubada sosial və səhiyyə sahəsində əlavə risklər yaradır və bu, beynəlxalq humanitar prinsiplərə ziddir. Rəsmi Moskva hesab edir ki, belə təzyiq mexanizmləri regional sabitliyə də mənfi təsir göstərir.

Qeyd edək ki, yanvarın 28-də ABŞ siyasətçisi Marko Rubio Venesuela rəhbərliyinin Kubaya neft tədarükünü dayandırmaq öhdəliyi götürdüyünü açıqlayıb. Bununla yanaşı, ABŞ-nin təzyiqi nəticəsində Meksikanın da Kubaya neft ixracını dayandırdığı barədə məlumatlar yayılıb. Məhz bu qərarlardan sonra ada dövlətində kəskin neft böhranı baş verib və enerji təminatında ciddi problemlər yaranıb.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr