AZ

6 aya 63 kq arıqladı Sirri hər gün yediyi bu qidadadır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İngiltərədə yaşayan 22 yaşlı Holli Barronun hekayəsi hər kəsi heyrətə gətirir. Cəmi altı ay əvvəl 136 kiloqram çəkisi olan gənc qız, tətbiq etdiyi sadə, lakin təsirli üsulla 63 kiloqramdan azad olaraq tamamilə başqa bir insana çevrilib. Hazırda 73 kiloqram olan Hollinin bu uğurunun arxasında dayanan əsas amil isə hər gün tükətdiyi konkret bir qida olub.Demokrat.az xəbər verir ki, gənc qız sürətli çəki artımını orqanizmdəki hormonal pozğunluqlar və insulin müqaviməti ilə əlaqələndirirdi. Hələ 20 yaşında ona şəkərli diabet diaqnozunun qoyulması vəziyyəti daha da çətinləşdirmişdi. Məktəb illərində çəkisinə görə həmyaşıdlarının təzyiqlərinə məruz qalan Holli nəhayət həyat tərzini kökündən dəyişmək qərarına gəlib. O, arıqlama müddətində hər gün eyni qidanı,  toyuq salatı yediyini və bunun onun həyatını dəyişdiyini bildirir.Qidalanma rejimini ciddi şəkildə nizamlayan gənc qız günorta saatlarında səhər yeməyi yeyir, axşam menyusunda isə mütləq toyuqlu salata yer ayırır. O, hətta istifadə etdiyi mayonezin belə miqdarını qramla ölçərək tərkibindəki karbohidrat və şəkəri nəzarətdə saxlayır. Ekspertlər də təsdiqləyir ki, protein və liflə zəngin olan toyuqlu salat arıqlama prosesində güclü vasitədir. Lakin hər gün eyni qidanı qəbul etməzdən əvvəl bədənin vitamin balansını nəzərə almaq və mütləq həkimlə məsləhətləşmək lazımdır.Sağlam arıqlamaq istəyənlər üçün Holli Barronun təcrübəsi bir növ bələdçi rolunu oynayır. Lakin unutmaq olmaz ki, yalnız pəhriz deyil, həm də kifayət qədər su içmək, yuxu rejiminə əməl etmək və gündəlik hərəkət etmək nəticənin qalıcı olmasını təmin edir. Hər bir orqanizmin fərdi olduğunu nəzərə alaraq, hər hansı kəskin dəyişiklikdən əvvəl mütəxəssis rəyi almaq vacibdir.Kənan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
demokrat.az

1Mənbələr