AZ

Karton qutuları zibilə atanlar peşman olacaq: Onlardan istifadənin dahiyənə yolları

Onlayn alış-verişin artması ilə evlərimiz boş karton qutularla dolub daşır. Çoxumuz onları dərhal zibilliyə atsaq da, bu kartonlar əslində evdə və bağda pulunuza qənaət etməyə kömək edən çoxşaxəli bir xəzinədir.

Milli.Az xəbər verir ki, ğgər bağçanız varsa, karton sizin ən yaxşı dostunuzdur.

Torpağın üzərinə karton sərib üzərini bir az torpaqla örtsəniz, günəş işığını kəsərək zərərli otların çıxmasına mane olar.

Karton orqanik materialdır. Onu kiçik hissələrə bölərək kompost qabına atsanız, torpağınız üçün zəngin karbon mənbəyi olar.

Bahalı plastik qutular almaq əvəzinə kartonlardan istifadə edə bilərsiniz.

Kartonları kəsərək corab, alt paltarı və ya mətbəx ləvazimatlarını nizamla saxlamaq üçün bölmələr hazırlaya bilərsiniz.

Kiçik karton rulonlar (məsələn, tualet kağızı rulonları) kabelləri dolaşmadan saxlamaq üçün idealdır.

Evdə rəngsazlıq və ya təmir işləri görərkən yerə sərildikdə parketləri cızılmaqdan və boyadan qoruyur.

Ağır mebelləri yerindən tərpədərkən ayaqlarının altına karton qoysanız, döşəmənin zədələnməsinin qarşısını alarsınız.

Hamımıza məlumdur ki, pişiklər bahalı yataqlardan çox karton qutuları sevirlər. Bir neçə qutunu birləşdirərək ev heyvanınız üçün pulsuz və əyləncəli oyun sahəsi yarada bilərsiniz.

Avtomobilinizdən yağ sızırsa, qarajın döşəməsinə karton sərməklə ləkələrin qarşısını ala bilərsiniz.

Şaxtalı havalarda axşamdan ön şüşənin üzərinə karton qoysanız, səhər şüşənin buz bağlamadığını görərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
11
1
milli.az

2Mənbələr