AZ

25 kq arıqlamışdı, sevinci qursağında qaldı Saçları ovuc ovuc tökülür

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Britaniyalı jurnalist Louise Atkinson arıqlamaq üçün istifadə etdiyi dərmandan sonra xoşagəlməz problemlə üzləşdiyini açıqlayıb.Demokrat.az xəbər verir ki, sağlamlıq və qidalanma mövzularında yazıları ilə tanınan Atkinson Mounjaro adlı arıqlama inyeksiyasından istifadə edərək qısa müddətdə təxminən 25 kiloqram çəki atdığını bildirib. Lakin sürətli çəki itkisi onun üçün gözlənilməz fəsadla nəticələnib. Belə ki, saç tökülməsi başlayıb.Jurnalist deyib ki, əvvəlcə saçlarının seyrəkləşdiyini hiss etsə də, zamanla tökülmənin daha da artması onu ciddi narahat edib. Onun sözlərinə görə, həkimlərlə məsləhətləşdikdən sonra bu halın sürətli arıqlama zamanı bədənin stressə düşməsi ilə bağlı ola biləcəyi bildirilib.Mütəxəssislər qeyd edirlər ki, bu cür hallarda saç tökülməsi adətən “telogen effluvium” adlanan müvəqqəti vəziyyət olur və bir müddət sonra saçlar yenidən bərpa oluna bilir. Səbəb kimi isə sürətli çəki itkisi, qidalanma rejiminin kəskin dəyişməsi, zülal və vitamin çatışmazlığı göstərilir.Qeyd edək ki, son illər Mounjaro və oxşar arıqlama dərmanları geniş yayılıb. Həkimlər isə bu preparatlardan istifadə edərkən mütləq tibbi nəzarətin və balanslı qidalanmanın vacibliyini vurğulayırlar.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr