AZ

Məşhur norveçli idmançıdan etiraf: Sevgimi xəyanətlə məhv etdim

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Milan və Kortina d"Ampezzo Olimpiadasında 20 kilometrlik fərdi yarışda bürünc medal qazanan norveçli biatlonçu Sturla Holm Leqreyd jurnalistlərə açıqlamasında sevgilisinə xəyanət etdiyini etiraf edib.

Oxu.Az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

Leqreyd göz yaşları içində bildirib:

"Dünyada bugünkü uğurumu bölüşmək istədiyim bir insan var. O, yəqin ki, bu gün yarışı izləməyib… Altı ay əvvəl həyatımın sevgisini - indiyə qədər tanıdığım ən gözəl və ən mehriban insanı tapdım. Üç ay əvvəl isə ona xəyanət edərək həyatımın ən böyük səhvinə yol verdim".

İdmançı əlavə edib ki, bu barədə bir həftə əvvəl sevgilisinə etiraf edib:

"Bu, həyatımın ən pis həftəsi idi. Son günlər idman mənim üçün arxa plana keçib. Yaxşı nümunə olmağa çalışıram. Axmaq bir iş gördüm və indi səhvimi qəbul etməliyəm".

Sturla Holm Leqreyd qeyd edib ki, yarışdan bir gün əvvəl bu mövzuda açıq danışmaq qərarına gəlib:

"Əsl sevgiyə sahib olmaq şansım var idi və mən onu məhv etdim. Bağışlanmağa layiq olmaya bilərəm, amma onu nə qədər sevdiyimi demək üçün ən kiçik bir şans belə versə, canlı televiziyada sosial intihar etməyə hazıram", - deyə idmançı bildirib.

Qeyd edək ki, 28 yaşlı Sturla Holm Leqreyd fevralın 10-da Olimpiadada fərdi yarışda ilk medalını qazanıb. O həmçinin yeddiqat dünya çempionu və hazırkı Dünya Kuboku çempionudur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
oxu.az

1Mənbələr