AZ

Nyu Yorkda anomal soyuqlar: 18 nəfər həyatını itirib

ain.az, Modern.az saytına istinadən bildirir.

Nyu-Yorkda müşahidə olunan kəskin soyuq hava şəraiti insan itkiləri ilə nəticələnib.

Modern.az xəbər verir ki, şəhər meri Zöhran Mamdani yanvar ayının sonlarından etibarən davam edən şaxtalı hava səbəbindən ölənlərin sayının 18 nəfərə çatdığını bildirib.

Mer vurğulayıb ki, son 13 gün ərzində havanın temperaturu 0 dərəcə Selsidən aşağı düşüb və itirilən hər bir həyat faciədir. Onun sözlərinə görə, bəzi günlərdə Nyu-Yorkda temperatur Antarktidanın müəyyən bölgələrindən belə aşağı olub.

Qeyd edək ki, güclü soyuq və intensiv qar yağışı ilə əlaqədar şəhərdə “Code Blue” – təhlükəli soyuq hava rejimi elan edilib. Yanvarın 19-dan bu yana 1400-dən artıq evsiz şəxs müvəqqəti sığınacaqlara yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
modern.az

1Mənbələr