AZ

Ərdoğan Türkiyəyə yeni daxili işlər və ədliyyə nazirləri təyin edib

Türkiyənin Nazirlər Kabinetində dəyişikliklər olub.

Bu barədə "Report" "Rəsmi Qəzet"ə istinadən xəbər verir.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Daxili işlər və Ədliyyə nazirliklərində yeni təyinatlar edib. Dövlət başçısının imzaladığı fərmanlara əsasən, Ərzurum valisi Mustafa Çiftçi daxili işlər naziri, İstanbulun baş prokuroru Akın Gürlek isə ədliyyə naziri təyin edilib.

Akın Gürlek
Seçilən
43
far.az

1Mənbələr