Rusiyanın maraqlarına zərər vurmaq Ermənistanın gündəmində deyil.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Ermənistanın hökumət başçısı ölkəsinin Rusiya ilə münasibətlərinə dair mühüm bəyanatla çıxış edib.
Nikol Paşinyan vurğulayıb ki, Rusiyanın maraqlarına hər hansı formada zərər yetirilməsi Ermənistanın nə indiki, nə də gələcək gündəmində yer almayıb.
“Heç kim bizi Rusiyaya qarşı yönəlmiş hərəkətlər məntiqinə sürükləyə bilməz”, – Baş nazir əlavə edib.
Paşinyanın bu çıxışı son vaxtlar Ermənistanın Qərb ölkələri ilə intensivləşən əlaqələri fonunda Moskvanın artan narahatlıqlarına cavab kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az