AZ

Kurt Kobeynin ölümü yenidən gündəmdə: Qətl ehtimalı irəli sürüldü

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Nirvana" qrupunun solisti Kurt Kobeynin ölümündən onilliklər sonra müstəqil məhkəmə ekspertləri onun qətlə yetirildiyi ehtimalını irəli sürüblər.

Oxu.Az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Kurt Kobeyn 5 aprel 1994-cü ildə ABŞ-nin Sietl şəhərində yerləşən evində ölü tapılıb. "King County Medical Examiner's Office"nin rəsmi rəyinə əsasən, 27 yaşlı musiqiçinin intihar etdiyi qənaətinə gəlinib.

Lakin məhkəmə eksperti Brayan Börnettin rəhbərlik etdiyi özəl ekspertlər qrupu istintaq materiallarını yenidən araşdıraraq Kobeynin zorakılıq nəticəsində öldürülə biləcəyi versiyasını gündəmə gətirib. Mütəxəssislərin fikrincə, oksigen çatışmazlığı ilə bağlı daxili orqan zədələnmələri, cəsədin qeyri-təbii vəziyyətdə olması, ölüm hadisəsindən sonra meyitin yerinin dəyişdirilməsinə dair izlər, tənəffüs yollarında qanın aşkar edilməməsi və bir sıra digər amillər zorakı ölüm ehtimalını gücləndirir.

Buna baxmayaraq, King Qraflığı Tibbi Ekspertiza İdarəsi 1994-cü ildə aparılan bütün prosedurların düzgün həyata keçirildiyini və intiharla bağlı qərarın tam autopsiya nəticələrinə əsaslandığını bildirib. Qurum əlavə edib ki, yeni və əsaslı sübutlar ortaya çıxarsa, qərarın yenidən nəzərdən keçirilməsi mümkündür, lakin hazırda işin yenidən açılması üçün heç bir hüquqi əsas görülmür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr