BAKI, 11 fevral. TELEQRAF
Fici sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri ada dövlətinin paytaxtı Suva şəhərindən təxminən 467 kilometr cənub-şərqdə yerləşib. Qeyd olunur ki, Suvada təqribən 77 min nəfər yaşayır. Zəlzələnin ocağı 511 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.