AZ

Venerada yer altında gizli tunellər aşkarlanıb

ain.az, Lent az saytına istinadən bildirir.

İtaliyadakı tədqiqatçılar NASA-nın 1990-cı illərdəki Magellan missiyasından əldə olunan radar məlumatlarını yenidən analiz ediblər.

Lent.az xəbər verir ki, analiz zamanı alimlər Venerada Niks Mons vulkanının yamaclarında yer altına doğru uzanan sirli tunellər aşkarlayıblar.

Bu strukturların keçmiş vulkan püskürmələrindən yaranmış lava tunelləri ola biləcəyi düşünülür və bu, Veneranın geoloji olaraq ölü olduğu qənaətini sual altına salır.

Gələcək EnVision kimi kosmik missiyalar zamanı tunellərin strukturu və yaranma prosesi daha dərindən öyrəniləcək, həmçinin bu tunellər robotların kəşfiyyat aparması üçün təbii sığınacaq kimi də istifadə oluna bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
lent.az

1Mənbələr