“Real Madrid”in sabiq yarımmüdafiəçisi Toni Kroos Səudiyyə Ərəbistanı liqası və Kriştianu Ronaldu ilə bağlı diqqətçəkən açıqlama verib.
Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu bildirib ki, Səudiyyə Pro Liqasının dünya səviyyəsində tanınması məhz Ronaldu ilə bağlıdır:
“Səudiyyə liqası qəribə fenomendir. Kriştianu Ronaldu ora getməmişdən əvvəl heç kim onları tanımırdı.”
Kroos əlavə edib ki, indi Ronalduya qarşı hörmətsizlik edilməsini başa düşmür:
“İndi isə onları dünya xəritəsinə qoyan adama hörmətsizlik edirlər. Əgər Kriştianu sabah liqanı tərk etsə, heç kim bu liqanı izləməz.”