Kərim Benzemanın Kriştianu Ronaldunun “Əl-Hilal”a transferindən sonra ona mesaj göndərdiyi bildirilir.

Offsideplus.az xəbər verir ki, Benzema Ronalduya zarafatla bildirib ki, indi onun maaşı artacaq və Səudiyyə Ərəbistanı Pro Liqasını qazanmaq şansı daha da yüksələcək.

Fransalı hücumçu bu sözləri yumorla dediyini vurğulayıb və transferin liqadakı rəqabəti daha da gücləndirəcəyini qeyd edib.