AZ

Nikol Paşinyan: Kilsə dövlət içində dövlət ola bilməz...

Baş nazir kilsənin siyasi proseslərə müdaxiləsini və kölgə maliyyə axınlarını tənqid edib...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan kilsənin siyasi fəaliyyətlə məşğul olmamalı olduğunu bəyan edərək, bəzi hallarda kilsənin özünü “dövlət içində dövlət” kimi apardığını, hətta xarici dövlət təsiri görüntüsü yaratdığını bildirib. Paşinyanın sözlərinə görə, bu cür yanaşmalar dövlətçilik prinsipləri ilə ziddiyyət təşkil edir.

Baş nazir vurğulayıb ki, kilsə siyasi proseslərdən kənarda qalmalıdır və onun əsas missiyası dini və mənəvi sahə ilə məhdudlaşmalıdır. O qeyd edib ki, hakimiyyətin sərəncamında olan məlumatlara əsasən, bəzi hallarda Erməni Apostol Kilsəsi (AAK) ilə əlaqəli formatlar vasitəsilə ölkəyə kölgə maliyyə vəsaitləri daxil olur və bu vəsaitlər siyasi məqsədlər üçün istifadə edilir.

Paşinyan bu cür halların qəbuledilməz olduğunu bildirərək, dövlət institutlarının fəaliyyətinə kənar təsirlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, istənilən dini qurumun siyasi alətə çevrilməsi cəmiyyət daxilində parçalanmaya və dövlətin suverenliyinə zərər vura bilər.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr