AZ

Niderland polisi TikTok-da İŞİD-i təbliğ edən 15 nəfəri saxlayıb

Niderland polisi TikTok-da İŞİD-in təbliğatını aparmaqda şübhəli bilinən 15 nəfəri həbs edib.

Azreform.info  xəbər verir ki, saxlanılanlar "başqalarını terror cinayətləri törətməyə təhrik etməyə cəhd"də ittiham olunurlar.

Polis 2025-ci ilin avqustunda 16-53 yaş arası olan şübhəlilərin barəsində axtarış elan edib.

Prokurorun açıqlamasında deyilir ki, İŞİD tərəfdarları holland dilində cihad və şəhidliyi təbliğ ediblər.

Onların bəzi paylaşımları 100 min dəfədən çox izlənilib.

Şübhəlilərdən 13-ü Suriya, 3-ü isə Niderland vətəndaşlarıdır. Şübhəlilərdən 4-ü yetkinlik yaşına çatmayıb.

Seçilən
12
4
azreform.info

5Mənbələr