AZ

Nyu Yorkda havaya görə 18 nəfər öldü

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Nyu-Yorkda hökm sürən anomal soyuqlar şəhərdə insan itkilərinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, şəhər meri Zöhran Mamdani yanvarın sonundan bəri davam edən şaxtalı hava şəraiti nəticəsində ölənlərin sayının 18 nəfərə çatdığını açıqlayıb.

Mer qeyd edib ki, temperaturun 0 dərəcə Selsidən aşağı düşdüyü son 13 gün ərzində itirilən hər bir həyat faciədir:“Bəzi günlərdə

Nyu-Yorkda temperatur hətta Antarktidanın bəzi hissələrindən daha aşağı olub”.

Xatırladaq ki, həddindən artıq soyuq və qar yağışı səbəbindən şəhərdə “Code Blue” (təhlükəli soyuq hava) rejimi elan edilib. Yanvarın 19-dan bu yana 1400-dən çox evsiz şəxs sığınacaqlara yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
qafqazinfo.az

3Mənbələr