AZ

Macarıstan Aİ-ni Ukraynadakı münaqişəyə müdaxilə etməməyə çağırıb

Macarıstan Avropa İttifaqını (Aİ) Rusiya ilə Ukrayna arasında davam edən münaqişəyə qarışmamağa çağırıb.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkə hesabında paylaşım edib.

“Avropa liderləri Ukraynadakı müharibəni sanki bizim müharibəmiz kimi təqdim edirlər. Bu isə doğru deyil. Rusiya Aİ-yə üzv olan heç bir dövlətə hücum etməyib. Bu, Rusiya ilə Ukrayna arasında olan bir münaqişədir”, – deyə nazir qeyd edib. Siyarto əlavə edib ki, Avropa liderlərinin Ukraynaya heç bir borcu yoxdur.

Nazir bir neçə saat əvvəl isə Ukraynanın Rusiya mənşəli enerji resurslarından imtina edilməsi ilə bağlı qərarların qəbul edilməsi üçün təzyiq göstərdiyinə görə Macarıstanı özünə düşmən elan etdiyini bildirib. Onun sözlərinə görə, Kiyev Brüsseli Macarıstanın suverenliyini və enerji təhlükəsizliyini təhdid edən, ölkənin sabit fəaliyyətinə birbaşa təhlükə yaradan addımlar atmağa davamlı şəkildə təşviq edir.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri bir gün əvvəl verdiyi açıqlamada isə Ukraynada səfərbərliyə cavabdeh olan hərbi komandirlərə qarşı Aİ sanksiyalarının tətbiq olunması məsələsində ölkəsinin mövqeyində israrlı olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr