AZ

Avropa miqrantlara qapıları bağlayır? - Yeni sərt qaydalar qəbul edildi

Avropa Parlamenti Avropa İttifaqının miqrasiya qanunvericiliyində dəyişikliklərin lehinə səs verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat verib.

Aİ-nin 27 üzv dövlətinin hökumətlərinin rəsmi təsdiqlərini tələb edən mətn Aİ miqrasiya siyasətinin əhəmiyyətli dərəcədə sərtləşdirilməsini göstərir.

Avropa Parlamenti həmçinin AB ölkələri tərəfindən rədd edilən sığınacaq axtaranlar üçün təhlükəsiz hesab edilən ölkələrin siyahısını təqdim edib. "Təhlükəsiz" ölkələrin siyahısına Banqladeş, Kolumbiya, Misir, tanınmamış Kosovo, Hindistan, Mərakeş və Tunis dövlətləri daxildir. Yeni qaydalara əsasən, əgər şəxs siyahıdakı bir ölkədə qorunma ala bilərsə, AB ölkələri sığınacaq müraciətini rədd edə bilər.

Yeni qaydalara əsasən, könüllü olaraq ayrılmayan miqrantlar əməkdaşlıq etmədiklərinə görə həbsə alına bilərlər. Bu qaydalar həmçinin Aİ ölkələrinə Aİ xaricində "qayıdış mərkəzləri" yaratmağa imkan verəcək.

Seçilən
9
2
olke.az

3Mənbələr