AZ

"Mançester Yunayted" sabiq kapitanına yeni müqavilə təklif edəcək

Bakı. Trend:

Harri Maquayr “Mançester Yunayted”də qala bilər.

Trend xəbər verir ki,müdafiəçinin müqaviləsi yaxın yayda başa çatır, lakin "DailyMail"in məlumatına görə, "mankunianlar"ın sabiq kapitana yenimüqavilə təklif etməsi gözlənilir.

Hazırda Maquayr həftəlik 180 min funt sterlinq maaş alır. Onabaşqa şərtlərlə müqavilə təklif olunacaq.

Qeyd edək ki, Harri 2018/2019 mövsümündən etibarən “qırmızışeytanlar"ın formasını geyinir.

Seçilən
12
1
az.trend.az

3Mənbələr