AZ

Kredit götürmək istəyənlərin diqqətinə Faizlərin düşməməsinin əsl səbəbi bəlli oldu

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda kredit faizləri uzun müddətdir yüksək olaraq qalır. İnsanlar və sahibkarlar borc götürərkən ciddi faiz yükü ilə üzləşirlər. Bu vəziyyət həm ailə büdcəsinə, həm də biznes fəaliyyətinə çətinlik yaradır. Nəticədə bir çoxları kredit götürməkdən çəkinir və ya borcu qaytarmaqda çətinlik çəkir. Problemin həlli üçün maliyyə sistemində fərqli yanaşmalara ehtiyac olduğu görünür.Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, bank faizlərinin enməməsinin əsas səbəbi yüksək depozit faizləridir:"Hazırda Azərbaycanda depozitlər üzrə faizlər təxminən 10 faizdir və bu, kifayət qədər yüksək göstəricidir. Kredit faizlərinin düşməsi üçün əvvəlcə depozit faizləri enməlidir, çünki kredit portfelinin böyük hissəsi məhz depozitlər hesabına formalaşır. Banklar isə depozit faizlərini azaltmaq istəmir, çünki faizlər 3–4 faizə düşərsə, əmanətçilər pullarını bankdan çıxara bilər. Bu isə ölkənin pul siyasətinə mənfi təsir göstərə bilər".Ekspert çıxış yolunu yalnız kommersiya banklarından gözləməyin doğru olmadığını bildirir. Natiq Cəfərli təklif edir ki, dövlət tərəfindən xüsusi investisiya bankları yaradılmalıdır. Bu banklar istehlak kreditlərinə yox, məhz istehsal və real biznes layihələrinə aşağı faizli vəsaitlər ayırmaqla iqtisadiyyatda canlanma yarada bilər.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
demokrat.az

1Mənbələr