AZ

Laportanı fırıldaqçılıqda ittiham etdi

style='margin-bottom:10px;'>

"Barselona"nın prezidentliyinə namizəd Viktor Font klubun sabiq rəhbəri Joan Laportanı sərt tənqid atəşinə tutub.

QOL.az xəbər verir ki, Font rəqibini seçkiqabağı manipulyasiya etməkdə ittiham edib.

O, "Diario Sport"a açıqlamasında bildirib ki, Laporta klubun idman obyektlərinin yenidən qurulması ilə bağlı vədlərinə xilaf çıxır:

"Laporta yenidən tərəfdaşlarla oyun oynayır. O, mediaya yeni layihə barədə məlumat verir, lakin bu layihənin heç bir maliyyə qaynağı yoxdur. Bu, seçkiqabağı gözdən pərdə asmaqdan başqa bir şey deyil".

Xatırladaq ki, Kataloniya klubunda prezident seçkiləri mart ayında keçiriləcək. Hazırda prezident səlahiyyətlərini müvəqqəti olaraq Rafael Yuste icra edir.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr