AZ

İşğaldan azad edilmiş torpaqların elektrik enerjisi ilə təminatı necədir?VİDEO

İllər boyu qaranlığa məhkum edilən torpaqlarda bu gün Azərbaycan işığının yanması təkcə elektrik enerjisinin deyil, həyatın və dirçəlişin geri dönüşünün rəmzinə çevrilib... Zəfərlə başa çatan Vətən müharibəsindən sonra azad olunan torpaqlarda həyatın bərpası ordumuzun izi ilə addımlayan energetiklərin fədakar əməyindən başlayıb...

Xezerxeber.az xəbər verir ki, fəaliyyətə başlamasının 11 ili tamam olan "Azərişıq" ASC bu gün paytaxt və regionlarla yanaşı, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda elektrik təsərrüfatının yenilənməsi, əsaslı təmir-bərpa işləri həyata keçirir. Torpaqlarımızın işğaldan azad olunması ilə bərabər ordumuzun ardınca addım-addım irəliləyən energetiklər lazım olan bütün əhəmiyyətli obyektləri elektrik enerjisi ilə təmin etdi.

Cəbrayıl şəhər mərkəzi işğaldan azad edilən andan, hələ vətən müharibəsinin bitməsinə 2 həftə qalmış elektrik enerjisi ilə təmin olunub. Doğma sakinlərinə qovuşan Horovlu kəndinə və şəhər ərazisinə 35 kv-luq özünüdaş;yan izolyasıyalı naqillər çəkilib, metal dayaqlar basdırlıb, smart sayğaclar quraşdırılıb. Yenidənqurma, təmir-bərpa işləri parallel olaraq bir çox kəndlərdə icra edilib. Xocavənd rayonunun Hadrut qəsəbəsində də Cəbrayıl şəhəri ilə eyni gündə 2020-cı ıl oktyabrın 28 də Azərbaycan işiğı yanıb. İndı Hadrutda yerləşən bütün strateji, əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchız edilib.

Sərt iqlimi və mürəkkəb relyefi ilə seçilən Şuşa, Laçın və Kəlbəcərdə elektrik təsərrüfatının yenidən qurulması işləri həyata keçirilir. Vətən müharibəsindən sonra qısa müddətdə "Azərişıq" ASC-nin əməkdaşları mədəniyyət paytaxtımız Şuşanı elektrik enerjisi ilə təmin edib. Cəmi 37 gün ərzində Şuşada Azərbaycan işığı yandırılıb, mövcud transformator məntəqələri və 0,4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.

2022-ci ildə Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin, 2023-cü ildə Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin, eləcə də Füzuli rəqəmsal yarımstansiyası və idarəetmə mərkəzinin, Şuşa elektrik şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu. 2024-cü ildə isə 110/35 kV-luq İstisu yarımstansiyası, Zəngilan elektrik şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi, Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, Xocalı yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, həmçinin Laçın elektrik şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzinin Prezident İlham Əliyevin iştirakı ilə açılışları baş tutdu.

"Azərişıq" ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin bütün regionlarında elektrik təsərrüfatının mərhələli şəkildə yenilənməsi işlərini davam etdirir. Həyata keçirilən layihələr əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına yönəlib. Eyni zamanda, mövcud şəbəkələrdə elektrik enerjisi itkilərinin minimuma endirilməsi əsas məqsədlərdən biridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
36
xezerxeber.az

1Mənbələr