AZ

Ağsuda niyə kənd məktəbi hasarsızdır?VİDEO

Yolun kənarında olan  məktəbin hasarı yoxdur… Azyaşlı şagirdlər hər an sürətlə gedən maşınların qarşısına çıxa bilər...

Xezerxeber.az xəbər verir ki, söhbət Ağsu rayonunun Qarabağlı kənd tam orta məktəbindən gedir. Təhsil ocağının yerləşdiyi ərazi 5 kəndi birləşdirən mərkəzi avtomobil yoluna birbaşa çıxışa malikdir. Elə valideynlərin narahatlığı da bundandır.

Valideynlərin sözlərinə görə,  Hasarın olmaması təhlükə deməkdir. Bundan əlavə yolda məktəbi bildirən lövhə də quraşdırılmayıb.

Məsələ ilə bağlı  Qarabağlı kənd orta məktəbindən “Xəzər Xəbər”ə bildirilib ki, təhsil müəssisəsi 2000-ci ildə bələdiyyəyə məxsus binada fəaliyyətə başlayıb. 2011-ci ildə Təhsil Nazirliyinin balansına verilmiş bina 2015-ci ildə əsaslı təmir olunub.  Qeyd edilib ki, təhsil müəssisəsinin hasarının inşası ilə bağlı məsələ qeydiyyata götürülüb və aidiyyəti qurumlarla dəyərləndirmələr aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
117
1
xezerxeber.az

2Mənbələr