Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideridir.
1news.az-ın məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
"Mən burada olmaqdan son dərəcə məmnunam. Enməzdən əvvəl (Bakıya - red.) əməkdaşlarıma dedim ki, Prezident Trampdan başqa, həm türklərlə, həm də israillilərlə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideri Prezident Əliyevdir", - o qeyd edib.