ABŞ Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib.
İnterpress.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
