AZ

Pakistanda DƏHŞƏTLİ QƏZA: 55 nəfərlik təyyarə dağlara ÇIRPILDI – VİDEO

Pakistanda sərnişin təyyarəsi dağlıq ərazidə qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Pakistanın yerli media qurumları məlumat yayıb.

İlkin məlumatlara görə, qəza Pakistanın şimalında, Gilgit-Baltistan bölgəsindəki dağlıq ərazidə baş verib. Daxili reyslə hərəkət edən təyyarənin mürəkkəb hava şəraiti və ya texniki nasazlıq səbəbindən radarlardan itiyi və daha sonra yerə çırpıldığı bildirilir.

Təyyarənin göyərtəsindəki 55 nəfərin (sərnişinlər və heyət üzvləri) taleyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisə yerinin çətin relyefli ərazidə yerləşməsi xilasetmə qruplarının işini çətinləşdirir. Hazırda əraziyə hərbi helikopterlər və axtarış-xilasetmə briqadaları cəlb olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
62
interpress.az

1Mənbələr