AZ

“06” ilə avtoxuliqanlıq edən şəxs saxlanıldı İş məhkəməyə göndərildi FOTO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Göygöldə ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, Sənan Yüzbaşılı rayon ərazisində idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

Sənan Yüzbaşılı barəsində polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Göygöl rayonu ərazisində avtoxuliqanlıqla məşğul olan şəxs törətdiyi qanunazidd əməlləri "TikTok" sosial şəbəkəsində paylaşıb. Onun sosial şəbəkə hesabı bir müddət sonra bağlanıb.

Oxunub 18

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
avtosfer.az

1Mənbələr