AZ

İtalyan təchizatçısı Səudiyyə Ərəbistanından torpedaların tədarükü üçün müqavilə alıb

İtaliyanın Fincantieri gəmiqayırma qrupunun törəmə şirkəti olan WASS Submarine Systems, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən 324 mm-lik yüngül MU90 torpedalarının tədarükü üçün böyük müqavilə alıb.

Herbiand.az bildirir ki, müqavilə hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən World Defense Show 2024 sərgisində imzalanıb.

Dəyəri 200 milyon avrodan çox olan müqavilə WASS-a indiyə qədər verilən ən böyük müqavilədir. Sənəd WASS-ın baş direktoru Andrea Adorni və Səudiyyə Ərəbistanı müdafiə nazirinin silahlanma və təchizat üzrə müavini İbrahim bin Əhməd Əl-Suveyed tərəfindən imzalanıb.

Tədarüklər 2029-2030-cu illər üçün planlaşdırılıb. Torpedalarla yanaşı, müqaviləyə Səudiyyə Ərəbistanı Kral Donanması üçün logistika dəstəyi xidmətləri də daxildir.

MU90 - Fransa və İtaliya donanmaları, eləcə də ixrac üçün hazırlanmış üçüncü nəsil 324 mm-lik sualtı qayıq əleyhinə torpedadır. Sursat Amerikanın Mk.54 torpedasına alternativ olaraq hazırlanıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
herbiand.az

1Mənbələr