AZ

ABŞ və Azərbaycan strateji tərəfdaşlıq xartiyasını imzalayıb

ABŞ və Azərbaycan Bakıda strateji tərəfdaşlıq xartiyasını imzalayıb. Sənəd iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və Vaşinqtonun Cənubi Qafqazda sülh prosesini irəli aparmaq səyləri fonunda baş tutur.

Xartiya Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanıb. Vens Bakıya səfərdən öncə Yerevanda olub və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib.

Prezident Əliyev bildirib ki, sənəd müdafiə sənayesi məhsullarının satışı və süni intellekt sahəsində əməkdaşlıq daxil olmaqla münasibətləri “tamamilə yeni mərhələyə” çıxarır.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi və terrorla mübarizə sahələrində əməkdaşlıq da davam etdiriləcək.

Xartiya ilk dəfə ötən ilin avqustunda Ağ Evdə Prezident Donald Trumpla İlham Əliyev arasında keçirilən görüşdə təqdim olunub.

Həmin görüş zamanı Əliyev və Paşinyan təxminən 30 il davam edən münaqişəyə son qoymağa yönəlmiş sülh razılaşmasına nail olublar.

N.Təbrizli

Seçilən
2
1
anews.az

2Mənbələr