AZ

Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı 3 min manat cərimələndi VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Qaydaları pozan motosiklet sürücüsü cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Hatay şəhərində baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb. Belə ki, Antakya rayonunda müxtəlif vaxtlarda sürət həddini aşaraq motosikletin ön təkərini havaya qaldıran, həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ataraq hərəkət edən motosiklet sürücüsü digər şəxs tərəfindən qeydə aldığı bu hərəkətləri sosial şəbəkədə paylaşıb.

Qısa zamanda sosial şəbəkədə yayılan kadrlar Hatay Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşlarının nəzərindən qaçmayıb və keçirilən tədbirlər nəticəsində motosiklet Gülderen məhəlləsində saxlanılıb.

Yoxlama zamanı şəxsin sürücülük vəsiqəsinin olmadığı, motosikletin qeydiyyatsız olduğu, texniki baxışdan keçmədiyi və nəqliyyat vasitəsinin texniki avadanlıqlarının qaydalara uyğun olmadığı müəyyən edilib. Bütün bu qayda pozuntularına görə, o, ümumilikdə 3010 manat məbləğində inzibati qaydada cərimə edilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 50

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
avtosfer.az

1Mənbələr