AZ

Nənə pedofil şəbəkəsinin rəhbəri çıxdı: nəvələrini satıbmış - Braziliyada

Braziliyada nəvələrini satan nənənin rəhbərlik etdiyi pedofil şəbəkəsi aşkarlanıb.

Ölkə.Az xəbər verir ki, bu barədə "Metrópoles" qəzeti məlumat yayıb.

Fevralın 9-da polis San Pauloda keçmiş məktəb işçisi olan 55 yaşlı Denis Morenonu həbs edib. O, uşaqlar və yeniyetmələrin cinsi istismarı üçün mütəşəkkil şəbəkə yaratmaqda ittiham olunur. Məlumata görə, 10, 12 və 14 yaşlı üç qızın nənəsi olan Denis nəvələrini ən azı on il ərzində kişilərə pul qarşılığında satıb. O, qurbanların gündəlik işlərinə nəzarət edib və onları müəyyən ödəniş müqabilində yaşlı kişilərlə tanış edib.

553986

Polisin araşdırmalarına görə, Denis Moreno birbaşa "iqtisadi fayda" əldə edib. İstintaq zamanı toplanan dəlillər və ifadələr qızların dəfələrlə, həmişə nənənin razılığı ilə fərqli kişilərə verildiyini təsdiqləyir. Qurbanlardan biri 11 yaşında olarkən qrup şəklində təcavüzə məruz qaldığını bildirib. Bundan əvvəl Denis eyni vaxtda üç kişi ilə cinsi əlaqədə olub.

553987

Onun ortağı, xərcləri ödəyən, zərərçəkənləri hədələyən və sinif yoldaşları ilə tanış olmağa məcbur edən Latın Amerikası aviaşirkətinin 60 yaşlı pilotu Serxio Antonio Lopes idi. Nəticədə, o, Rio-de-Janeyrodakı Konqonhas hava limanından qalxmazdan əvvəl təyyarədə saxlanılıb.

Polis həmçinin telefonunda uşaq pornoqrafiyası tapan Simone da Silvanı da həbs edib. Ötən payız başlayan istintaq hazırda davam edir.

Seçilən
28
olke.az

1Mənbələr