AZ

Qarın yağını artıran ən gizli 5 səbəb - Video

Qarın ətrafında toplanan yağlar çox vaxt təkcə qidalanma ilə bağlı olmur.

E-saglam.az xəbər verir ki, ən gizli və çox bilinməyən səbəblər bəzən gündəlik həyatımızda gizlənir.

Mütəxəssislər bildirir ki, birinci səbəb yuxu çatışmazlığıdır. Gecə altı saatdan az yatdıqda bədəndə stres hormonları artır və bu hormonlar birbaşa qarın bölgəsində yağlanmanı sürətləndirir.

İkinci gizli səbəb xroniki stresdir. Kortizol uzun müddət yüksək qalanda bel və qarın xətti genişlənməyə başlayır. Üçüncü səbəb şəkərli içkilərdir. Qazlı və enerji içkiləri qaraciyərdə yağ yığılmasını sürətləndirir və görünmədən qarın ölçüsünü artırır.

Dördüncü səbəb isə hərəkətsiz həyat tərzidir. Uzun müddət oturmaq maddələr mübadiləsini yavaşladır və yağın bədəndə qalaq-qalaq toplanmasına səbəb olur. Beşinci və ən az bilinən səbəb hormonal tarazsızlıqlardır. Xüsusilə insulin müqaviməti və qalxanabənzər vəzin zəif işləməsi qarın bölgəsində inadkar yağlanmaya gətirib çıxarır.

Mütəxəssislər vurğulayır ki, qarın yağlanması təkcə kalori ilə bağlı deyil. Gündəlik vərdişlər, hormonal balans və yuxu rejimi bu prosesdə əsas rol oynayır. Bu gizli səbəbləri vaxtında tanımaq həm qarın ölçüsünü, həm də sağlamlıq risklərini azaltmağa kömək edir.

Könül Oruc

E-saglam.az

Seçilən
17
e-saglam.az

1Mənbələr