AZ

Rusiyanın "Slaughter to Prevail" və Polşanın "Behemoth" qruplarının İstanbuldakı konsertləri ləğv edilib

BAKI, 10 fevral. TELEQRAF

İstanbulun Beşiktaş rayonunda yerli hakimiyyət Rusiyanın "Slaughter to Prevail" və Polşanın "Behemoth" qruplarının çıxışlarını ləğv edib.

Teleqraf xəbər verir ki, buna səbəb kimi qrupların musiqilərinin sosial dəyərlərə uyğun gəlməməsini göstəriblər.

10 fevral saat 21:30-da "Slaughter to Prevail" və 11 fevral saat 21:30-da "Behemoth" qruplarının çıxışı planlaşdırılırdı.

Konsert təşkilatçıları alınan biletlər üçün kompensasiya məsələsinin standart prosedur və şərtlərə uyğun olaraq həll ediləcəyini açıqlayıblar.

Seçilən
11
teleqraf.com

1Mənbələr