AZ

Filippində qəza qurbanlarının sayı 50 nəfəri ötüb

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı ölkənin sahil mühafizəsinə istinadən xəbər verib.

Daha əvvəl 45 nəfərin həlak olduğu bildirilmişdi.

Axtarış işləri bərpa edildikdən sonra dalğıclar batmış gəminin göyərtəsində iki uşaq və üç böyüyün meyitini aşkar ediblər.

Zamboanqa şəhərindən Colo şəhərinə reys həyata keçirən sərnişin bərəsi yanvarın 25-də axşam saatlarında Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb. 316 sərnişin xilas edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
moderator.az

2Mənbələr