AZ

Rusiya və Türkiyə sanksiyanı aradan qaldırmaq üçün mexanizmlər hazırlayır

Ayna saytına istinadən ain.az xəbər verir.

Baş konsul: "Müvafiq qurumlarımız arasında konstruktiv və peşəkar əməkdaşlıq qurulub”

“Rusiya və Türkiyə Qərb sanksiyalarının yaratdığı ikitərəfli ticarət çətinliklərini aradan qaldırmaq üçün aktiv tədbirlər görürlər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiyanın İstanbuldakı baş konsulu Aleksandr Kalaçev TASS-a bildirib.

"Rusiya-Türkiyə ticarət və iqtisadi münasibətləri, Qərb ölkələrinin artan sanksiya təzyiqi fonunda, maliyyə əməliyyatlarını və logistikanı çətinləşdirən müəyyən çətinliklərlə üzləşir. Lakin tərəflər sanksiyanı aradan qaldırmaq üçün aktiv tədbirlər görürlər", - deyə diplomat bildirib.

"Müvafiq qurumlarımız arasında konstruktiv və peşəkar əməkdaşlıq qurulub. Rusiya və Türkiyə bir-birinin ən vacib ticarət tərəfdaşları olaraq qalır. Mütəmadi yüksək səviyyəli təmaslar ortaya çıxan məsələlərə operativ reaksiya verməyə imkan verir. Rusiya və Türkiyə maliyyə çətinliklərini bir gecədə "dəf etmir", əksinə, Rusiyaya tətbiq edilən geniş sanksiyalar altında yaşamağı və işləməyi öyrənirlər. Hər iki tərəf siyasi iradəni və iqtisadi marağı qoruyub saxlayır ki, bu da ikitərəfli əməkdaşlığı daha praqmatik və davamlı edir", - deyə Rusiyanın İstanbuldakı baş konsulu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
ayna.az

1Mənbələr