Qan şəkərinin yüksək olması bir çox insan üçün ciddi sağlamlıq problemidir. Düzgün seçilmiş bəzi qidalar və ədviyyatlar qan şəkərinin tənzimlənməsində mühüm rol oynaya bilər.
Pravda.az pəhrizə əlavə edilməsi tövsiyə olunan ən təsirli ədviyyatı təqdim edir:
Darçın qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edən əsas ədviyyatlardan biridir. Araşdırmalar göstərir ki, darçın insulinə həssaslığı artırır və qanda şəkərin daha stabil qalmasına dəstək olur.
Darçının gündəlik rasionda az miqdarda, lakin müntəzəm istifadə edilməsi tövsiyə edilir. Bu ədviyyatı çaya, qatığa, yulaf sıyığına və müxtəlif yeməklərə əlavə etmək mümkündür.
Mütəxəssislər vurğulayır ki, təkcə darçın kifayət deyil. Qan şəkərinə nəzarət üçün balanslı qidalanma, porsiya ölçüsünə diqqət, fiziki aktivlik və sağlam həyat tərzi də vacib şərtlər sırasındadır.
Qeyd: Şəkər xəstəliyi və ya xroniki sağlamlıq problemi olan şəxslər pəhrizdə dəyişiklik etməzdən əvvəl mütləq həkim və ya dietoloqla məsləhətləşməlidir.
Əminə Bayramova